ZƏMANƏT ŞƏRTLƏRİ 2017-06-25T17:14:38+00:00

ZƏMANƏT ŞƏRTLƏRİ

Hörmətli Müştəri,
Bizim məhsulları seçdiyiniz üçün EuroGlass sizə dərin təşəkkürünü bildirir. Biz bu kitabçada təsvir edilmiş qaydalara əməl etmək şərtilə, məhsullarımızın yüksək keyfiyyətinə və etibarlı işinə zəmanət veririk.

Ümumi Zəmanət Şərtləri

Bu məhdud zəmanət məhsulunuzu tam işlək vəziyyətə gətirmək üçün lazım olan ehtiyat hissələrinin və işçi qüvvəsinin xərclərini əhatə edir.EuroGlass öz qərarı ilə və aşağıda göstərilmiş şərtlər və məhdudiyyətləri nəzərə almaqla məhsulu və ya onun nasaz hissələrini təmir edəcək, yaxud yenisi ilə əvəz edəcək. Euroglass məhsulu və ya nasaz hissələri həm iş qabiliyyətinə, həm də səmərəsinə görə yeni hissələr və ya məhsullara bərabər olan yeni, yaxud bərpa edilmiş hissə və ya məhsullarla əvəz edə bilər.

Növündən asılı olmayaraq bütün məhsullarımıza 2 il müddətinə zəmanət verilir.